«Neftçi»nin danışıqlar apardığı növbəti hücumçunun kimliyi bəlli olub. Klubdan verilən məlumata görə, maraq dairəsinə düşən forvard Brayt Edomvonimdir.

Baş məşqçi Samir Abbasovun israrı ilə afrikalı legionerə 6 ay+1 illik müqavilə təklitf olunub. Əgər maliyyə şərtləri uyğun olsa futbolçunun icarə variantı da mümkündür. Nigeriyalı müqavilə ilə Vyana «Austriya»sına məxsusdur. O, «Rok Football Academy»nin yetirməsidir. 2017-2018-ci illərdə Türkiyədə «Çaykur Rizəspor»un da formasını geyinən hücumçu həmçinin «Zalsburq», «Liferinq», «Vaker İnnsbruk», «TSV Hartberq» və «Şturm Qrats»da da çıxış edib.